[email protected]
Korporativ Satış Meneceri

Ərazi: Bakı
Əmək haqqı: 1500–2000 AZN + Bonus.
Şəxsi avtomobilin olması arzuolunandır.
Nahar və nəqliyyat xərcləri qarşılanır. 

Əsas vəzifə öhdəlikləri:

Satış şöbəsinin idarə edilməsi və komandanın fəaliyyətinə, tapşırıqların vaxtında və düzgün şəkildə yerinə yetirilməsinə nəzarət.

Tender prosesinin ümumi idarə olunması və rəhbərliyə hesabatların təqdim olunması.

Potensial və mövcud Müştərilərlə görüşlərin keçirilməsi, danışıqlar aparılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi.

Təkliflərin təhlili və danışıqlar yolu ilə sərfəli şərtlərin əldə edilməsi.

Biznes proseslərinin təkmilləşdirilməsi və daha effektiv hala gətirilməsi ilə bağlı təşəbbüslər.

Bazar araşdırması aparmaq və müştəri ehtiyaclarını və bazar tendensiyalarını müəyyənləşdirmək.

Satış başa çatdıqdan sonra müqavilə və digər sənədləşmə proseslərini koordinasiya etmək.

Namizədə tələblər:

  • Sahə üzrə ali təhsil
  • Korporativ satış sahəsində 3–5 illik təcrübə
  • Tender.gov.az portalı ilə işləmə bacarığı
  • Yüksək səviyyədə ünsiyyət bacarığı və işgüzar yanaşma
  • Texnoloji yeniliklərə açıq olmaq və sürətli öyrənmə qabiliyyəti
  • Yüksək motivasiya və dinamik iş mühitinə uyğunlaşma bacarığı
  • Biznes yönümlü təfəkkür və analitik düşünmə qabiliyyəti
  • Enerjili, pozitiv və məsuliyyətli yanaşma

📩 Əgər bu mövqeyə uyğun gəlirsinizsə, CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.


Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.