Ərazi: Bakı
Əmək haqqı: 1000 AZN + Bonus.
Şəxsi avtomobilin olması arzuolunandır.
Nahar və nəqliyyat xərcləri qarşılanır.
Əsas vəzifə öhdəlikləri:
Müştəri tələbatlarını, bazar tendensiyalarını və rəqabət şəraitini təhlil etmək, potensial bazar imkanlarını müəyyənləşdirmək.
Korporativ müştərilərlə strateji görüşlər keçirmək, onların ehtiyaclarını anlamaq və uyğun həllər təqdim etmək.
Satış hədəflərini müəyyən etmək, müvafiq müştəri bazasını inkişaf etdirmək.
Tenderləri izləmək, müvafiq sənədləri hazırlamaq, təklifləri qiymətləndirmək və tenderlərdə şirkətin maraqlarını müdafiə etmək.
Təchizatçılarla danışıqlar aparmaq və satış şərtlərinin optimallaşdırılması üçün müvafiq təkliflər irəli sürmək.
Satış tamamlandıqdan sonra müqavilə proseslərini izləmək, sənədləşmə işlərini koordinasiya etmək və müştəri məmnuniyyətini təmin etmək.
Müştərilərlə uzunmüddətli və möhkəm əlaqələr qurmaq, onların təkrarlanan ehtiyaclarını qarşılamaq və şirkətin xidmətlərinə dair geri dönüşlər almaq.
Satış fəaliyyətləri ilə bağlı dövrü hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Namizədə tələblər:
- Sahə üzrə ali təhsil
- Korporativ müştərilərlə satış proseslərini idarə etmək, satış texnikaları üzrə bilik və təcrübə
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları, müştərilərlə effektli danışıqlar aparmaq və inandırmaq bacarığı
- Tender idarəetmə bacarığı, tender.gov.az portalında işləmə
- Müxtəlif biznes proseslərdən anlayışlı olmaq
- Texnoloji yeniliklərə və sürətli öyrənməyə açıq olmaq
- Komanda ilə işləmək bacarığı
📩 Əgər bu mövqeyə uyğun gəlirsinizsə, CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.